Tramp seçkilərdəki pozuntulara görə onu işdən çıxardıbackend

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyinin (CISA) rəhbəri Kristofer Krebsi vəzifəsindən azad edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə amerikalı lider tvitter səhifəsində bildirib.

Tramp qeyd edib ki, Kris Krebsin 2020-ci il seçkilərinin təhlükəsizliyi ilə bağlı son bəyanatı olduqca qeyri-dəqiq idi. Amerikalı liderin sözlərinə görə, seçkilərdə müxtəlif pozuntular baş verib.