Türkiyə hərbi əməliyyatı ilə bağlı son rəqəmlərbackend

Türkiyə Silahlı Qüvvələrinin Fıratın qərbində apardığı antiterror əməliyyatı çərçivəsində öldürülən terrorçuların sayı artıb. 

“Yeni Gundem” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, “Sülh Çeşməsi Hərəkatı” PKK/PYD və YPG terror qruplaşmalarının 415 üzvü məhv edilib.

“Gecə boyu əməliyyat davam etdirilib. Terror təşkilatlarına hücum havadan və qurudan həyata keçirilib. İndiyədək məhv edilən terrorçu sayı 415-ə çatıb”, – deyə nazirliyin açıqlamasında bildirilir.