Türkiyədə 4,5 bal gücündə zəlzələ olubbackend

Türkiyənin Malatya vilayətinin Hekimhan rayonunda 4,5 bal gücündə zəlzələ olub.

“Yeni Gündəm” xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 09.45-də yerin 7,21 kilometliyində baş verib.

Malatya Valisi Aydın Baruş zəlzələnin rayonun ətraf ərazilərində də hiss edildiyini, dağıntı və tələfat barədə indiyədək məlumat almadıqlarını bildirib. //APA