Türkiyədə ağır qəza – 2 ölü, 2 yaralıbackend

Türkiyə. 6 dekabr. YENIGUNDEM.AZ/ Diyarbəkirdə ağır yol qəzası baş verib.

“Yenigündəm” Türkiyə mətbuatına istinadən  xəbər verir ki, hadisə Çınaq rayonunda baş verib.

Məlumata əsasən, yük və minik avtomobili toqquşub. İnsident nəticəsində 1-i uşaq olmaqla 2 nəfər ölüb. Daha 2 nəfər isə ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində yolda hərəkət uzun müddət  məhdudlaşdırılıb.