Türkiyədə azərbaycanlı turistlərin avtobusu aşdı: çox sayda yaralı varbackend

Türkiyədə azərbaycanlı turistlərin olduğu avtobus aşıb.

“Yeni Gundem” İHA-ya istinadən xəbər verir ki, hadisə Nevşehir şəhərinin Avanos rayonunda baş verib. Nəticədə 14 azərbaycanlı turist yaralanıb.

Azərbaycanlı turistlər Kapadokya bölgəsini ziyarətə gedirmiş. Avtobusda 18 nəfər olub, onların 14-ü yaralanıb. Xəsarət alanlara yerli dövlət xəstəxanasında ilkin yardım göstərilib.