Türkiyədə gəmi batıbbackend

Mərmərə dənizində yük gəmisi batıb, ekipaj üzvlərinin xilas edilməsinə başlanılıb.

Bu barədə “Anadolu Ajansı” məlumat yayıb.

Bildirilib ki, İmralı adasının cənub-qərbində Mərmərə dənizində 69 metr uzunluğunda “BATUHAN A” yük gəmisi batıb. Sahil Təhlükəsizlik Xidmətinin Baş İdarəsinə məxsus xilasetmə qayıqları hadisə yerinə yönəldilib.

Türkiyə vətəndaşı olduğu ehtimal edilən 6 nəfərlik heyətin xilas edilməsi üçün tədbirlər həyata keçirilir./APA