Türkiyədə yanğın İES ərazisinə daxil oldu: Partlayış səsləri eşidilir – VİDEObackend

Muğlanın Milas rayonundakı yanğın Kemerköy İstilik Elektrik Stansiyasının (İES) ərazisinə sıçrayıb.

“Yeni Gündəm” Türkiyə KİV-nə istinadən xəbər verir ki, elektrik naqillərindən qığılcımlar çıxdığından həyəcanverici siqnal işə düşüb, partlayış səsləri eşidilib. Bölgədə elektrik enerjisinin verilişi dayandırılıb. Yaxınlıqdakı yaşayış yerlərinin sakinləri təxliyyə olunub.

Qeyd edək ki, təhlükəsizlik məqsədilə səhər saatlarında İES yaxınlığında xəndəklər qazılıb, nitrogen boşaldılıb.