Türkiyədə zəlzələ qurbanlarının sayı 48 mini keçibbackend

Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 48 minə çatıb.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölənlərin sayı 48 mindir, 115 mindən çox insan yaralanıb. 50 minə yaxın bina dağılıb”

O, Türkiyəyə yardım edən ölkələrə təşəkkür edib.

“Yüzlərlə ölkə bizə yardım göndərdi, xilasedicilər göndərdi. Onlara çox minnətdaram”, – Ərdoğan vurğulayıb.

Xatırladırıq ki, fevralın 6-da Türkiyə və Suriyada iki güclü zəlzələ baş verib. Zəlzələlərin maqnitudası 7,7 və 7,6 olub.

Fərahim Rəhimov