Türkiyədən kritik həmlə: 120 ədəd “F-16” qırıcısı…backend
Türkiyənin ABŞ-dan 40 ədəd yeni “F-16 Block 70” (“F-16”-nın ən yaxşı versiyası) qırıcısı almaq üçün tələb məktubu göndərdiyi iddia edilib.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Agentliyə görə, Türkiyə eyni məktubda həmçinin 80 ədəd modernizasiya edilmiş “F-16” təyyarəsinin alınması ilə bağlı da müraciət edib.
Mümkün razılaşma üçün müraciətin ABŞ Dövlət Departamenti və Konqresi tərəfindən təsdiqlənməsinin lazım olduğu deyilib.
Ankara bundan əvvəl ABŞ müdafiə şirkəti “Lockheed Martin”dən 100-dən çox “F-35” almışdı, amma “S-400” gərginliyi səbəbindən 2019-cu ildə bu proqramdan çıxarılıb.