“Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsindədir” – Zelenskibackend

Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsindədir.

“Yeni Gündəm” “RBC Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Biz indi geri çəkilmədiyimizi görürük. Bu, artıq yeni mərhələdir. Bəzi ərazilərdə biz dayanmışıq, bəziləri bloklanıb, lakin həmin yerlərdə müvafiq texnika gözləyirik ki, təzyiq edib irəli gedək və müəyyən ərazilərdə isə biz irəliləyirik, buna görə də bir addım da geri çəkilməməliyik”, – deyə Zelenski vurğulayıb.

Onun fikrincə, hər şey bir anda mümkün deyil. Müharibənin dayandırılması üçün əvvəlcə müvafiq addımlar atılmalıdır, ondan sonra diplomatiya qüvvəyə minəcək: “Birinci mərhələ Rusiyanın irəliləməsini dayandırmaq idi və biz bunu etdik . İkinci mərhələ Rusiyanın bizim ərazimizdən çıxmasına maksimum dərəcədə təmin etmək idi və indi biz bu mərhələdəyik”.

Zelenskinin fikrincə üçüncü mərhələ, Ukraynanın ərazi bütövlüyünün bərpası olacaq.