Ukraynada 28 həkim koronavirusdan öldübackend

Ukraynadakı epidemiya zamanı 3132 tibb işçisində koronavirus aşkar edildi, onların yarısı (1617 nəfər) sağaldı, 28-i vəfat etdi.

“Yeni Gündəm” xəbər verir ki,  bu haqda məlumatı mayın 21-də Cəmiyyət Sağlamlığı Mərkəzi yayıb.

“Xəstəliyin yaratdığı fəsadlar nəticəsində 28 tibb işçisi də daxil olmaqla 579 nəfər öldü. Ölənlər arasında 50 yaşdan yuxarı insanlar üstünlük təşkil edir” deyilib.

Ümumilikdə 1.405 uşaq və 3.833 həkim xəstələndi. 13 501 xəstə ambulator müalicə alır.

Onlardan 1,166 nəfəri uşaq, 3132 nəfəri tibb işçisidir.

Ümumilikdə 6 205 nəfərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac duyulub, onlardan 239 nəfəri uşaq, 701 nəfəri həkimdir. Bir uşaq və 22 həkim daxil olmaqla 249 nəfər süni nəfəs aparatına qoşulub.

Eyni zamanda, 1617 tibb işçisi artıq sağalıb.