Ukraynalılar rusların atdığı 10 pilotsuz təyyarədən 9-nu məhv edibbackend

Ukraynalılar rusların atdığı 10 pilotsuz təyyarədən 9-nu məhv edib.

“Yeni Gundem” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir ki, ruslar ötən gecə 10 Şahed pilotsuz uçan aparatı ilə Ukraynaya hücum edib, onlardan 9-u Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub .

“Düşmən hava zərbəsi üçün 10 ədəd “Şahed-136” tipli pilotsuz uçan aparatdan istifadə edib. Onlardan 9-u müdafiəçilərimiz tərəfindən məhv edilib”, – Baş Qərargahdan bildiriblər.

Agentliyin məlumatına görə, bundan başqa, Rusiya qüvvələri S-300 tipli zenit-raket kompleksindən istifadə etməklə Xarkov şəhərinin mülki infrastrukturunu bombalayıb.

Fərahim Rəhimov