Ülvi Mehdiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdübackend

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz İsmayılova və Fərrux Məhərrəmli ilə növbəti dəfə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, Agentliyin sədri qurumun həyata keçirdiyi layihələr, yeni texnoloji trendlərin dövlət xidmətlərinə tətbiqi və peşəkar komanda quruculuğu istiqamətində qaliblərlə fikirlərini bölüşüb.

Həmçinin qaliblərin Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrdə iştiraklarına dair fikir mübadiləsi aparılıb.