Ümidlərin üstündən xətt çəkildi: 6 ay sonra hazır olunbackend
“Moderna” dərman şirkətinin icraçı direktoru Stefan Bancel koronavirus pandemiyası barədə bədbin proqnoz verib.
“Yeni Gündəm” xəbər verir ki, onun sözlərinə görə, pandemiya yaxın aylarda bitməyəcək. Üstəlik koronavirusun yeni növləri ortaya çıxacaq:
“Dünya miqyasında yeni növlərin ortaya çıxması davam edir. Gələcək 6 ay ərzində cənub yarımkürəsində qış aylarında koronavirusun çox sayda yeni növlərinin ortaya çıxacağını gözləyirik”.
Bancelin sözlərinə görə, pandemiya ilə mübarizədə əlavə peyvəndlərə ehtiyac var. İcracı direktor “Moderna” şirkətinin son 5 ayda 1,7 milyard dollarlıq peyvənd satdığını bildirib.
Qeyd edək ki, pandemiyanın yaxın 1 il ərzində səngiyəcəyinə dair fikirlər səsləndirilmişdi.