ÜST rəhbəri peyvənd vurdurdu – FOTObackend

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Qebreyesus yeni növ koronavirusa qarşı peyvənd vurdurub.

Bu barədə ÜST əhbəri özünün “Twitter” hesabında bəyan edib.

“Bu gün COVID-19-a qarşı peyvənd vurdurmaq mənim növbəm idi” – deyə o bildirib.

Bununla belə, Qebreyesus hansı peyvəndlə vaksinasiyadan keçdiyini açıqlamayıb.

ÜST rəhbəri həmçinin peyvəndlərin bütün bölgələrə çatdırılmasının vacibliyini vurğulayıb. O, vaksinin mövcud olduğu ölkələrin bütün sakinlərini bu prosedurdan keçməyə çağırıb.