“Vahid Rusiya” Mişustinin namizədliyini dəstəklədibackend

Rusiya Prezidenti Vladimir Putin tərəfindən ölkənin Baş Naziri postuna namizədliyi irəli sürülən Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustin bu gün Dövlət Dumasında olub.

“Yeni Gündem”in “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, o, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, onun birinci müavini İvan Melnikov ilə görüşüb.

Sözügedən posta namizəd, eyni zamanda “Vahid Rusiya” fraksiyasının üzvləri ilə də görüşüb.  Fraksiyanın rəhbəri Sergey Neverov görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, “Vahid Rusiya” Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini dəstəkləyib: “Onlar bu təklifə yekdilliklə səs verdilər. Heç kim onun əleyhinə olmadı”.