Xərçəngdən ölən Neslicana Bodrumda heykəl qoyuldu – Fotolarbackend

Xərçəng xəstəliyi səbəbindən 20 yaşında dünyasını dəyişən Neslican Taya Bodrumda heykəl qoyulub.

“Yeni Gundem” Türkiyə mediasına isitnadən xəbər verir ki, şişdən solayı sol ayağını itirən və 4 dəfə xərçənglə mübarizə aparan Neslican 2 ay əvvəl dünyasını dəyişib. Mübarizəsi ilə çox insana ümid verən qızın ölümü Türkiyəni yasa boğmuşdu. Bodrumda yaşayan memarlar – Mustafa, Kadir və Mehmet qardaşları Tayın xatirəsini əbədiləşdirmək üçün poladdan heykəlini hazırlayıblar.

Abidə Bodrum bələdiyyəsinə bağışlanıb. Heykəl bələdiyyə idarəsinin bağçasına yerləşdirilib.