Yunanıstanda qatar qəzası zamanı 32 nəfər ölüb, 85-i yaralanıb – VİDEO – YENİLƏNDİ – 2backend

Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

“Yeni Gundem” xəbər verir ki, yaralananların sayı isə 85 nəfərdir.

***

08:41

Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis canlı efirdə bildirib.

O bildirib ki yaralı sayı 85 nəfərdir.

Daha əvvəl bildirilib ki, hadisə yerində 150 ​​yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını işləyir.

Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək Salonikiyə göndərilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Qatar Afina – Saloniki marşrutu ilə hərəkət edirdi.

***

08:03

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Bu barədə “ERT NEWS” kanalının efirində yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis bildirib.

Qeyd olunub ki, hadisə nəticəsində 85 nəfər yaralanıb.APA