Zaxarova: Ermənistan Azərbaycanla sülh danışıqlarına mane olurbackend

Eyni mövzuda fərqli açıqlamalar verən rəsmi İrəvanın mövqeyinə qiymət vermək çətindir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün yayılan şərhində bildirilib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı Qarabağ məsələsinin həlli üçün Rusiyanın təklifinə razı olması barədə açıqlamasına münasibət bildirib.

“Ermənistan Baş naziri Rusiyanın təklifi əsasında sənədi imzalamağa hazır olduğunu deyir, eyni zamanda, Qərbin irəli sürdüyü hansısa kompleks həll variantının münasibliyi barədə danışır”, – Zaxarova deyib.

Rusiya XİN rəsmisi sülh danışıqları ilə bağlı Ermənistan və Azərbaycan XİN başçılarının 2022-ci il dekabrın 23-də Moskvada planlaşdırılan görüşünün rəsmi İrəvan tərəfindən pozulduğunu xatırladıb.

“Həmin görüşün keçirilməsinə hər iki ölkə lideri razılıq vermişdi. Amma məhz Ermənistan rəhbərliyi son anda öz XİN başçısının Moskvaya gəlişini ləğv etdi. Bu nəinki sülh danışıqlarını, həm də Laçın yolu da daxil olmaqla Azərbaycan-Ermənistan normallaşmasının digər vacib məsələlərini müzakirə etməyə mane oldu”, – Zaxarova vurğulayıb.

APA