Zelenski Zaporojyeyə getdibackend

Ukrayna prezidenti Vladimir Zelenski Zaporojye vilayətinə səfər edib.

“Yeni Gundem” xəbər verir ki, məlumatı Ukrayna mətbuatı prezidentin aparatına əsaslanaraq yayıb.

Onların məlumatına görə, Ukraynanın birinci şəxsi əməliyyat şəraiti ilə tanış olub və hərbçilərə mükafatlar təqdim edib.

“Mən Zaporojye əməliyyat qrupunun komanda məntəqəsində oldum. Ukrayna Təhlükəsizlik Xidmətinin, Milli Qvardiyanın, Milli Polisin, Dövlət Sərhəd Mühafizəsinin və Ukrayna Fövqəladə Hallar Xidmətinin əməkdaşlarına orden və medallar təqdim etdim”, – Zelenski deyib.

Ukrayna prezidenti ölkəni qoruduqlarına görə əsgərlərə təşəkkür edib. “Ukraynada dövlətimizi, evlərimizi, ərazi bütövlüyümüzü və həyatı qoruduğunuz üçün sizə təşəkkür edirik. Sizə cansağlığı, böyük qələbə arzulayıram və bu, mütləq gerçəkləşəcək”, – deyə Zelenski əlavə edib.

Məlumat üçün bildirək ki, Zaporojye ötən il Rusiya tərəfindən ilhaq edilmiş Ukraynanın qismən işğal olunmuş rayonlarından biridir.

Fərahim Rəhimov