“Zəlzələ professoru” saxlanıldıbackend

“Zəlzələ professoru” kimi tanınan Geofizika Mühəndisi Prof. Dr. Övgün Ahmet Ercan sosial mediada paylaşdığı iddialarla bağlı açılan istintaq çərçivəsində saxlanılıb.

“Yeni Gundem” Konkret.az-a istinadən xəbər verir ki, Geofizika Mühəndisi Prof. Dr. Övgün Ahmet Ercan nəzarətə alınıb.

Malatya Respublika Baş Prokurorluğu Geofizika Mühəndisi Prof. Dr. Övgün sosial şəbəkədə Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı “əsgərlər ilk iki gündə eniş etmədiyi üçün müdafiəsiz qadınlara təcavüz edilib” paylaşımına görə istintaq başlanılıb. İstintaq çərçivəsində sosial şəbəkədəki paylaşımına görə “xalqı kin və düşmənçiliyə sövq etmək” cinayəti ilə saxlanılan Ercan Malatya ilə Elazığ arasındakı Hankendi müraciət məntəqəsində polis qrupları tərəfindən yaxalanıb. Polis İdarəsinə aparılan Ercan, oradakı əməliyyatlardan sonra ədliyyəyə sövq ediləcək.

Digər tərəfdən Ercanın sabah günorta saatlarında Tuncelinin mərkəzində “Zəlzələ üçün nə etməli” adlı panelə qatılacağı və bu gün Malatyada bəzi dağıntı sahələrini araşdırdığı öyrənilib.