Zəvvarları aparan avtobus qəzaya düşdü – 8 ölübackend
İraqda iranlı zəvvarları aparan iki avtobus toqquşub.
“Yeni Gundem” Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 8 nəfər həlak olub. Daha 30 nəfər müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Qeyd olunur ki, zəvvarlar Ərbəin ziyarətinə gedirmiş.
Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.