Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası Gədəbəydə – FOTOLARbackend

14-15 iyul 2023-cü il tarixlərində nəzərdə tutulan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikasının peşəkar heyəti Gədəbəy rayonundadır.

“Yeni Gundem” xəbər verir ki, səyyar klinika tərəfindən şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün tibbi aksiyayanın ilk günü həyata keçirildi.Eyni zamanda aksiya çərçivəsində ehtiyacı olan şəxslər dərman və eynəklə təmin olunur.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə həmçimin aztəminatlı ailələrə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Bunua uyğun olaraq onlara xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.

Bu çərçivədə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar cəmiyyətinin təşəbbüsü ilə Avtomobil Səyyar klinikasının növbəti aksiyası Gədəbəydə keçirilir.

2 gün davam edəcək aksiyada 200 ə yaxın şəxsin müayinəsi nəzərdə tutulur.