Ermənistan silahlı qüvvələrinin hücum etdiyi Azərbaycanın Tovuz rayonunun yerləşdiyi bölgə strateji əhəmiyyətə malikdir.
“Yeni Gündəm” “Anadolu” agentliyi mövzu ilə bağlı məqamlə hazırlayıb.
Məqalədə qeyd edilir ki, bölgədən Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi Bakı-Tblisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft boru və TANAP-ın başlanğıcı olan Cənubi Qafqaz təbi qaz boru xətləri keçir:
“Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi regionundan kənar bölgədə düşmənin təxribatı bir çox sualları meydana gətirir. Ermənistanın Tovuz istiqamətində təxribata əl atması ilə enerji və nəqliyyat layihələrini hədəf aldığı düşünülür. Bəzi strateji yüksəklikləri ələ keçirmək istəyi də buna aid edilir. Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyəyə gedən yeganə quru yolu da bu regionda yerləşir.
Həmçinin ölkədə yaşanan siyasi və iqtisadi böhranı süni gərginliklər yaradaraq arxa plana atmaq istəyi Ermənistanın hücumlarının arxasında dayanan reallıqlardan biri kimi dəyərləndirilir. Sərhəddə gərginlik yaradaraq Rusiyanın rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə çəkmək istəyinin də rəsmi İrəvanın planları arasında olduğu bildirilir”.
Zümrüd