Erməni hərbçilər növbəti dəfə qəzaya düşdübackend

Ermənistanda içərisində hərbçilərin olduğu “KamAZ” markalı avtomobil qəzaya uğrayıb.

“Yeni Gundem” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə Gegarkunik vilayətində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 2 hərbçi xəsarət alıb.

Xatırladaq ki, aprelin 12-də Ermənistan Silahlı Qüvvələrinin hərbçilərini daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Mehridə baş verən qəza zamanı 4 nəfər ölüb, 20 nəfər isə yaralanıb.