Qarabağdan 7 min mülki erməni təxliyə olunub – Yenilənibbackend

Gün ərzində Qarabağda yaşayan mülki ermənilərdən 469 nəfəri təxliyə edilib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının fəaliyyətinə dair məlumat bülletenində bildirilib.

Məlumata görə, onlardan 185-i azyaşlıdır.

***

Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonunun ermənilər yaşayan ərazilərindən 7 min mülki erməni təxliyə olunub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə qondarma rejim məlumat yayıb.

Qeyd edək ki, başladılan antiterror tədbirləri zamanı Azərbaycan ordusu tərəfindən mülki şəxslər və mülki inrastruktur hədəf alınmır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi də məlumat yayıb və bunu təsdiqləyən görüntüləri təqdim edib:

“Dəfələrlə qeyd etdiyimiz kimi mülki şəxslər və heç bir mülki obyekt Silahlı Qüvvələrimiz tərəfindən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir”.