Arif Əzizova Prezidentin fərdi təqaüdü verildibackend

Prezident İlham Əliyev Arif Əzizova Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

“Yenigundem” in məlumatına görə, sərəncamda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasında tikinti və tarix-memarlıq abidələrinin bərpası sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Bəylər oğlu Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.