Ayaqlarda ağrı ölümcül xəstəliyin əlaməti ola bilərbackend

Ayağın bud, dizdən aşağı hissəsində və onurğa sütununda yaranan ağrı prostat vəzi xərçənginin inkişafının göstəricisi ola bilər.

Bunu Britaniya prostat xərçənginə qarşı mübarizə fondunun məlumatlarına istinadən “Express” nəşri yazıb.

Alimlər bu simptomların mövcud olduğu zaman həkimə müraciət etməyinizi qətiyyətlə tövsiyə edirlər.

Prostat vəzi xərçənginin digər əlamətləri arasında ereksiya, sidik ifrazı problemləri və sidikdə qan olması da var.