“Laçın yolu Azərbaycan torpağıdır. Bu səbəbdən də, Azərbaycan hansı tədbiri lazım bilirsə, onu da görə bilər”.
“Yeni Gundem” xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, bu, Azərbaycanın suveren hüquqlarından biridir. Türkiyəli nazir həmin ərazidə tibbi xidmətin keçidi üçün şəraitin yaradıldığını və bu xüsusda Azərbaycana qarşı tənqidlərin əsasının olmadığını vurğulayıb.