Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub – FOTOLARbackend

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunan Nurəli Yusifbəyli bu gün kollektivə təqdim olunub.

Universitetdən “Yeni Gündəm”-ə verilən məlumata görə, prorektoru kollektivə təqdim edən rektor Vilayət Vəliyev bildirib ki, Nurəli Yusifbəylinin Tədris işləri üzrə prorektor təyin olunması AzTU-da tədqiqatların, elmi əməkdaşlığın, universitet-sənaye işbirliyinin və tələbə-müəllim münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

Rektor qeyd edib ki, Nurəli Yusifbəyli bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışaraq daimi olaraq yüksək səviyyədə elmi-tədqiqatlar aparmaqla yanaşı, həm də 1998-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, 2003-cü ildən AzTU-nun Avtomatika və idarəetmə kafedrasının professorudur. Rektor yeni prorektora uğurlar arzu edib, həmçinin əvvəlki prorektor Xaliq Yahudova fəaliyyətinə görə təşəkkür edib.
Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU-nun ona doğma olduğunu qeyd edib və göstərilən bu etimadı doğruldacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad olunub.