“Azərbaycan Qazaxıstan münasibətləri özünün inkişaf dövrünü yaşayır. Prezidentlərimizin qarşılıqlı səfərlərirölkələrimiz arası dostluq və qardaşlıq münasibətlərini daha inkişaf etməsinə və möhkəmlənməsinə töhfə verir. Bu baxımdan Qazaxıstan prezidenti Kasım- Jomart Tokayevin bu gün ölkəmizə səfəri də xüsusi əhəmiyyət daşıyır”.
Bu barədə “Yeni Gundem”– ə Azərbaycan -Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Azər Badamov açıqlayıb.
Milli Məclisin deputatı A. Badamov bildirib ki, səfər çərçivəsində prezidentlərimizin ikitərəfli və geniş tərkibli görüşləri oldu. “O cümlədən bir sıra sənədlər imzalandı. Qazaxıstan Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edərək ölkəmizə hədiyyə etmişdir. Prezidentlərimiz Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzaladılar. Həm də iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalandı.
Parlamentin üzvü onu da əlavə edib ki, Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əmədaşlıq edir. “Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir və bu təşkilatda əməkdaşlığın genişləndirilməsiprioritetimizdir. TDT müasir dünyada böyüyən iqtisadi, siyasi, hərbi gücə çevrilməkdədir. Bu baxımdan deyə bilərik TDT-nadaxil ölkələrin ÜDM-i 1.3trilyon dollara çatmışdır. Həm də xarici ticarət dövrüyyəsi 30 milyard dollar, ərazisi 4 milyon kvadrat km, əhalisi isə 250 milyon nəfərdən çoxdur. Bu baxımdan TDT dünyada söz sahibinə malik və dünya siyasətinə təsir etmək gücünə malik beynəlxalq təşkilata çevrilmişdir”,- deyə O, qeyd edib.
Yenigundem.az