Azərbaycanda xəstəxanalar zəlzələ ilə bağlı gücləndirilmiş iş rejiminə keçdibackend

Bu gün baş verən zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb: “Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.