AzTU-nun rektoru imtahan prosesini izlədibackend

Azərbaycan Texniki Universitetində (AzTU) 2019-2020-ci tədris ilinin qış imtahan sessiyası keçirilir.

“Yeni Gündem” xəbər verir ki, imtahanlar yazılı və test formalarında  aparılır.

Auditoriyalarda imtahanın gedişini izləyən rektor Vilayət Vəliyev tələbələrlə söhbət edib, onların problemləri ilə maraqlanıb.

Yanvarın 7-dən başlayan, fevralın 7-dək davam edəcək sessiya imtahanlarında hər hansı səbəbdən iştirak edə bilməyən tələbələr (magistrantlar) ərizə ilə müraciət edərək fevralın 15-dək həmin fənlərdən imtahan verə biləcəklər.