BDU-da Milli Musiqi Gününə həsr olunuş kompozisiya hazırlanıbbackend

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr – Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlayıb.

Bu barədə “Yeni Gündəm”-ə Bakı Dövlət Universiteti məlumat verilib.

Bildirilib ki, kompozisiya Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Kompozisiyada Ü.Hacıbəylinin “Aşıq Cünün” havası, “Arşın mal alan” operasından “Aşiq oldum” ariyası, “Qaragöz” musiqisi, “Koroğlu” uvertürası təqdim olunub.