Bu gün Arzu Bağırova üçün özəl gündür – FOTOLARbackend

“Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri, xeyriyyəçi Arzu Bağırovanın doğum günüdür.

“Yeni Gündəm”in məlumatına görə, əslən Masallı rayonu Dəmirçi kəndindən olan Arzu Zakir qızı Bağırova 11 dekabr 1980-ci il də Sumqayıt şəhərində dünyaya göz açıb.

O, Taras Şevçenko adına Kiyev Dövlət Universtetinin Hüquq fakültəsinin məzunu olub.
Arzu Bağırova hazırda “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri olaraq fəaliyyət göstərir.

Rəhbəri olduğu təşkilat əhalinin hüquqi və iqtisadi sahədə maarifləndirilməsi, cəmiyyətin hüquq düşüncəsinin və mədəniyyətinin yüksəlməsi işinə kömək göstərir.

Arzu Bağırovanın fəaliyyətinə darda olan, yardıma möhtac qalan insanlara əl uzatmaq kimi bir missiya düşüb. O, uzun illərdir ki, bu xeyriyyəçilik missiyasını layiqincə çiynində daşıyır.

Xeyriyyəçilik artıq Arzu Bağırovanın həyat devizinə çevrilib. O, ictimai-siyasi fəaliyyəti ilə yanaşı hər zaman xalqın yanında olaraq, onların sosial problemləri ilə maraqlanır, həlli yollarında öz köməyini əsirgəmir.

Arzu xanım xüsusəndə Karonavirus pandemiyası və Vətən müharibəsi günlərində öz fəallığı ilə seçildi.
Ölkənin müxtəlif bölgələrində yüzlərlə şəhid ailələrini və qazilərimizi ziyarət edərək onlara maddi və mənəvi dayaq olması onun əsil vətəndaş, patriot olmasını bir daha göstərdi.
Arzu Bağırova həm də 2 qız, 2 oğul üçün qayğıkeş ana, həyat yoldaşı Səməd müəllim üçün ömür-gün dostu, həyat yoldaşıdır.

“Gündəm Media Group” ictimai xadim, xeyriyyəçi Arzu Bağırovanı doğum günü münasibətilə təbrik edir, ona uzun, sağlıqlı, bərəkətli ömür, fəaliyyətində uğurlar arzulayır!

Yenigundem.az