“11 mart Qazaxıstan Prezidenti Kasım-Jomart TokayevinAzərbaycan Respublikasına dövlət səfəri Azərbaycan Qazaxıstan ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə və inkişafına böyük töhfə verəcəkdir”.
Bu fikirləri “Yeni Gündem”-ə Azərbaycan -Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Ülviyyə Həmzəyeva açıqlayıb.
Milli Məclisin deputatı Ü. Həmzəyeva bildirib ki, Azərbaycan ilə Qazaxıstan münasibətləri qədim tarixə malikdir. “Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.
Bu gün Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçə var. Bu isə Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına böyük hörmətin, dostluğun və qardaşlığın əlamətidir.
Bu gün işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzi kimi qəbul olunur. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.
Parlamentin üzvü vurğulayıb ki, Qazaxıstan “dağlıq” Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı da bir rəsmi görüşə ev sahibliyi də etmişdir. Bunlar unudulmur və dövlət tariximizin səhifələrinə yazılır.
“Bu gün görüş zamanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.
Tarixi videokadırlarda konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Siandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılması izlənilib.
İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.
Bununla yanaşı, Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb, Azərbaycan və Qazaxıstan dəmir yolları “Track and Trace” (“Təqib və İzləmə”) funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunub. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını, cəlbediciliyini getdikcə artırır.
Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Ümumiyyətlə Azərbaycan və Qazaxıstanın müttəfiqlik münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir və bu sevindirici haldır.
Prezident İlham Əliyev demişdir:
“Bu əlamətdar hadisə münasibətilə nəqliyyatçıları təbrik etmək istəyirəm. Bu gün Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində nəqliyyat-logistikasektoruna aid məsələlər ətraflı müzakirə olundu. Qəbul etdiyimiz qərarlar mahiyyətcə bu gözəl mərasimin keçirilməsinə kömək edir. Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində – konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər. Bizim ikitərəfli əməkdaşlığımız həm TransXəzər nəqliyyat marşrutu, həm də Orta Dəhliz layihələrinin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlığımızın bir hissəsidir. Bu gün müzakirə edilən planlar ölkələrimizin dəmir yollarının boş qalmaması, belə konteyner qatarlarının isə gündəlik həyatımızın bir parçası olmasına imkan verir”. Ölkə Rəhbəri Qazaxıstan və Azərbaycanı, həmçinin Çindəki tərəfdaşları bu əlamətdar hadisə münasibətilə təbrik edərək. “Qatarın yolu açıq olsun” demişdir və ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımızınbir o qədər çox inkişaf edəcəyini vurğulamışdır. Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev“Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nıimzaladılar. Buraya Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı, medianın İnkişafı, dövlət neft şirkətinin, İnvestisiya, mədəniyyət sahəsində, rəqəmsal inkişaf və nəqliyyat, elm və təhsil haqqında Saziş imzaladılar. Burada iki dost və qardaş ölkə arasında müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsini görə bilirik. Ötən səfərlər zamanı, Azərbaycan Respublikasının Prezidenti demişdir:
“Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızıngöstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir”.Bugün isə Prezident İlham Əliyevin dediklərini həyata hasil olmasının şahidi olduq”.
Deputat onu da əlavə edib ki, bu gün Qazaxıstan beynəlxalq arenada nüfuza və prinsipial mövqeyə malikdir. “Beynəlxalq təhlükəsizliklə bağlı məsələlər daimi diqqət mərkəzindədir. Bu məsələlər prinsipiallıq, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir bu isə bu gün bütün dünyaya sərgilənir. Azərbaycan və Qazaxıstan əbədi, əzəli dost və qardaş ölkələrdir!”,- deyə O, qeyd edib.
“Yeni Gündem”