“Müasir Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz yeni dövrə qədəm qoydu. Ulu öndər ilk öncə gənclər və idman sahəsinə xüsusi diqqət yetirərək, 26 iyun 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman verdi. Bu Azərbaycan gənclərinin onun gələcəyinə, sağlam və vətənpərvərlik ruhunda yetişməsinə aparan ən başlıca uğurlu yolun başlanğıcı oldu. Ulu öndər bilirdiki, ölkəmizin gələcəyi gənclərimizin əlindədir. Bütün bunların fonunda Gənclər Günü təsis edildi. Halbuki, BMT bizdən daha sonralar bu günü təsis etmişdir. Gənclərin forumları keçirildi. Bütün sadaladığlarımız gənclər siyasətinə, gənclərimizin gələcəyinə mühum tohfələr verib”.
Bu fikirləri “Yeni Gundem”-ə Parlamentin Gənclər və İdman komitəsinin üzvü, millət vəkili Vüqar İskəndərov açıqlayııb.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev də prezident seçildiyi ilk günlərdən bu sahəyə misilsiz diqqət yetirib.
“Həm Milli Olimpiya Komitəsinin Prezidenti, həm də ölkə Prezidenti kimi cənab İlham Əliyev gənclər və idman sahəsinə xüsusi nəzər yetirib. Gənclərin xaricdə təhsil almasına şəraitin yaradılması, onların hərtərəfli inkişafının təmin edilməsi, mənlik şüurunun inkişafı, ən başlıcası isə gənclərimizin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin müasir zamana uyğun inkişafı dövlətimizin bu sahədə prioritet istiqamətlərindən biri idi”.
Millət vəkili V.İskəndərov onu da əlavə edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri özünü doğrultdu və öz missiyasını qəhrəmancasına yerinə yetirdilər. “Gənclər onlara göstərilən etimadı şərəflə doğrultdular. Bütün dünya Azərbaycan gəncinin vətənə necə bağlı olmasının, onun qəhrəmanlığını gördü. Azərbaycan gəncləri bu gün ölkəmizi müxtəlif beynəlxalq yarışlarda, tədbirlərdə və digər dünyəvi layihələrdə uğurla təmsil edirlər. Dövrün yeni çağırışları vardır. Gənclər çalışmalıdırlar ki, bu çağırışlara diqqət və səy göstərərək daim irəlidə olsunlar. Zəfərlərimizi, ölkə başçımızın uğurlu siyasətini, gələcəyə hesablanan vacib işlərimizi qoruyub saxlasınlar. Müstəqilliyimizin inkişafı üçün əllərindən gələni etsinlər. Bütöv Azərbaycanımızı özlərindən sonrakı nəsillərə, etibarlı əllərə ötürə bilsinlər. Düşünürəm ki, Azərbaycan gəncləri bu missiyanı da şərəflə yerinə yetirə biləcəkdirlər”,-deyə O, qeyd edib.
“Yeni Gundem”