Cənubi Afrika prezidenti Ramafosa BRİKS sammitində Putinin həbsini müharibə elanı ilə müqayisə etdibackend

“Yeni Gundem” Cənubi Afrika prezidentinin məhkəmədəki ifadəsinə istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa BRİKS sammitində Vladimir Putinin həbsini Rusiyaya müharibə elanı ilə müqayisə edib.

“Prezident Putini həbs etməklə Rusiyaya müharibə elan etmək hökumətə verilmiş səlahiyyətlərdən ehtiyatsızlıq, konstitusiyaya zidd və qeyri-qanuni istifadə etmək olardı”, – deyə dövlət başçısı bildirib.