Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edildibackend

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibində dəyişiklik edilib.

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam verilib.

Sərəncamla Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri əlavə edilib.