“Azərkosmos” Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azersky peyki vasitəsilə Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində son günlər törədilmiş yanğınların monitorinqini aparıb.
“Yenigundem”e daxil olan məlumata görə, yanğınlar əsasən cəbhənin Ağdan rayonu istiqamətində baş verib. İyunun 29-u Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.
Yanğınların monitorinqi hazırda davam etdirilir.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi izləyin