Dünən saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.