Ermənilərin atdığı mərmi ot tayasına düşdü – “Möcüzə nəticəsində sağ qaldım”backend

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün növbəti dəfə təxribata əl ataraq Tovuz rayonunun sərhədə yaxın yaşayış məntəqələrini atəşə tutub.

Ermənilərin atdığı mərmi rayonun Vahidli kənd sakini Arif Məmmədovun həyətinə düşüb.

Xoşbəxtlikdən insan təlafatı olmayıb. Lakin ətrafa saçılan mərmilər evə ziyan vurub.

A.Məmmədov deyib ki, düşmən tərəfindən atılan mərmi onun ot tayasına düşüb. O qeyd edib ki, düşən mərmi təxminən onun 5 metr yaxınlığında partlayıb.

A.Məmmədovun sözlərinə görə, möcüzə nəticəsində sağ qalıb.(Report)