Ermənistanda hökumət binasında yanğın olub.
“Yeni Gündəm” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. Yanğın binanın birinci korpusunun 4-cü mərtəbəsində meydana gəlib. Məlumata görə, ofis əmlakına ziyan dəyib.
Yanğın söndürülüb. Xəsarət alanlar barədə məlumat yoxdur.