Ermənistanda daha 452 nəfərdə koronavirus aşkarlanıb. Bu, ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.
“Yeni Gündəm” xəbər verir ki, Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin yaydəığı məlumata görə, bununla da ölkədə virusa yoluxanların sayı 7113-ə çatıb. Koronovirusdan ölənlərin sayı 81, sağalanların sayı isə 3 145 nəfərdir.
Hazırda Ermənistanda 3 842 aktiv koronavirus xəstəsi var.