Ermənistanda rusiyalı hərbçi ÖLÜ TAPILDIbackend

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu ölü tapılıb.

“Yeni Gündəm” xəvər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, Ermənistan İstintaq Komitəsinin Şirak əyaləti üzrə idarəsində 36 yaşlı Rusiya Federasiyası vətəndaşının ölümü barədə materiallar hazırlanır.

Məlumata görə 36 yaşlı Anton Pısokun cəsədi noyabrın 25-də aşkar edilib. İstintaq orqanlarının qərarı ilə cəsəd məhkəmə-tibbi ekspertizasına göndərilib.

Fotojurnalist Qaqik Şamşyan bildirib ki, Anton Pısok Gümrü şəhərində yerləşən 102 saylı Rusiya bazasının müqavilə əsasında xidmətdə olan hərbi qulluqçusu olub.