Ermənistanın XİLAS PLANI: Paşinyan gedir, yeni hökumət qurulur və…backend

Parlamentdəki müxalif Maarifləndirilmiş Ermənistan Partiyasının lideri Edmon Marukyan mövcud vəziyyətdən çıxmaq üçün lazım olan addımları yazıb.

“Yeni Gündəm” xəbər verir ki, o qeyd edib ki, əvvəlcə məğlubiyyət simvolu halına gələn baş nazir Nikol Paşinyan getməlidir.

Bundan sonra parlament müvəqqəti baş naziri seçməli, öz sahələrində uğur qazanan insanlardan keçid hökuməti qurulmalıdır.

Digər bir təklifə əsasən, dövlət qurumlarının fəaliyyəti bərpa olunmalı və möhkəmləndirilməlidir. Bundan başqa, Qarabağdan təxliyə olunanların yerləşdirilməsi ilə bağlı problemlərə baxılmalıdır.

İqtisadiyyatın və ordunun bərpası ən sonuncu müddəada bəhs edilib.