Əsgər əsgəri güllələdi, 19 yaşlı hərbçi isə minaya düşdü – Ermənistandabackend

Bakı. 12 dekabr. YENIGUNDEM.AZ/ Ermənistanda  21 yaşlı əsgər hərbçi yoldaşı tərəfindən açılan çoxsaylı atəş nəticəsində ölüb.

“Yenigundəm” xəbər verir ki, hadisə ötən gün baş verib. Ölən 1996-cı ilə təvəllüdlü Narek Adibekyan olub.

Daha bir erməni əsgər isə minaya düşüb. 1998-ci il təvəllüdlü əsgər Artur Danielyan  döyüş vəzifəsini yerinə yetirən zaman minaya düşüb və drəhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qafqazinfo.az