Gürcüstanda sutka ərzində 8 koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da, xəstələnənlərin ümumi sayı 170-ə yüksəlib.
“Yeni Gündəm” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
1 nəfər dünyasını dəyişib, 36 pasiyent sağalıb, 5 mindən çox insan karantindədir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1 milyondan çox yoluxma, 60 mindən çox ölüm halı qeydə alınıb.