İranda 5,4 maqnitudalı zəlzələ baş verib.
“Yeni Gundem”in xəbərinə görə, yeraltı təkanlar Tehran vaxtilə saat 14:58-də Hörmüzqan əyalətinin Kohxrəd bölgələrində qeydə alınıb.
Zəlzələnin ocağı yerin 10 km dərinliyində yerləşib.
Yeraltı təkanlar Birləşmiş Ərəb Əmirliklərində də hiss edilib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.