Jurnalist Moderator.az-ın 9 yaşından yazdıbackend
“Bu gün Moderator.az-ın 9 yaşı tamam olur. Artıq 1 ildir ki, mən də bu ailənin bir üzvüyəm. Bu addımı atanda bir qədər tərəddüdlərim olsa da bu gün “nə yaxşı ki” yolum məhz Moderator-dan keçdiyini düşünürəm. Çünki mən bu 1 ildə özümü müxtəlif istiqamətlərdə inkişaf etdirdim, yeni qaydalar, sürətli işləmək mexanizmini öyrəndim, bir çox nailiyyətlər əldə etdim”. 
Bu fikirləri “Sherg.az”a açıqlamasında “Moderator.az” informasiya agentliyinin redaktoru Xəyalə Rəis deyib. Agentliyin redaktoru əlavə edib ki, sayt hazırda tam obyektiv və müstəqil olaraq xəbər yayımı ilə məşğuldur: “Artıq bir ildir ki, “Moderator.az” saytında çalışıram. Bu bir il ərzində özümü burada müxtəlif istiqamətlərdə inkişaf etdirmişəm. Burda işlədiyim müddətdə jurnalistin yalnız bir istiqamət üzrə özünü inkişaf etdirməsinin yalnış düşüncə olduğunu anladım. “Moderator.az” mənə yeni jurnalistika qanunlarını öyrətdi, yeni dostlar qazandırdı, geniş çevrə və operativ işləmə vərdişi aşıladı. Ümumiyyətlə, diqqətinizə çatdırım ki, “Moderator.az” xəbər portalı 2012-cu ilin noyabrın 1-də fəaliyyətə başlayıb. Saytımız ölkəmizdə qısa müddət ərzində müstəqil informasiya siyasəti həyata keçirən media qurumu kimi tanınmağa başlayıb. “Moderator.az” saytı Azərbaycanın ictimai, siyasi, sosial, mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən hadisələri, maraqlı məlumatları da oxuculara çatdırmağı bacarıb. Həmçinin saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları da işıqlandırılır. Saytımız tam obyektiv və müstəqil olaraq xəbər yayımı ilə məşğuldur”.